×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda baş verən yanğın söndürülüb

Bakı, 1 yanvar, AZƏRTAC

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 102 m² olan birmərtəbəli 6 otaqlı evin bir otağının yanar konstruksiyaları 12 m² sahədə və digər otağın tavanı 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2021-01-01 22:21:00