×
A
A
A
Sazlamalar

“QLAVSNAB” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Məhəmmədəli Balakişiyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz və hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə təbrik edirəm.
Sizə möhkəm cansağlığı, ailə səadəti, rifah, sülh və sevinc arzulayıram.
Sizə bütün işlərinizdə uğurlar və müvəffəqiyyətlər diləyirəm.
Sizə yalnız qələbə, yeni-yeni zirvələri fəth etməyi arzulayıram.
Siz tarix yazan Prezidentsiniz!
Siz humanist, ən yaxşı və yeganə lidersiniz ki, müharibədə düşmən tərəfin mülki əhalisinə ziyan vurmamaq barədə əmr verdiniz. Təkcə buna görə Siz Nobel Sülh Mükafatı ilə təltif olunmağa layiqsiniz.
Biz Sizinlə fəxr edirik və Sizə heyran olduğumuzu bildiririk.
Biz Sizi sevirik! Biz Sizinləyik!
Müqəddəs Quranda da əməlisaleh adamların mükafatlandırılması tövsiyə olunur. Təmsil etdiyim müəssisə bu tövsiyələrə əməl etməyə çalışır. Böyük Qələbəmizin şərəfinə müəssisəmizin təsis etdiyi mükafatı Sizə təqdim etməkdən məmnun olardım. Bunu özümə borc bilirəm.
Yaxşı ki, varsınız!
Allah-Təala Sizi və ailənizi qorusun! Amin!
Hörmətlə,

 

Məhəmmədəli Balakişiyev
“QLAVSNAB” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru

Məktublar 2020-12-31 15:06:00