×
A
A
A
Sazlamalar

İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Büdcənin ümumi göstəriciləri

İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin gəlirləri  157 769 146,0  manat, xərcləri 157 769 146,0  manat məbləğində təsdiq edilir.

Maddə 2. Gəlirlər

Müəyyən edilsin ki, 2021-ci ildə işsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

Gəlirlərin mənbələri

Məbləğ (manatla)

 1.

İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi

o cümlədən:

 

120 000 000,0

1.1.

büdcədən maliyyələşən təşkilatlar üzrə

16 771 559,0

1.2.

büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

 16 771 559,0

1.3.

qeyri-büdcə sektoru üzrə

86 456 882,0

 2.

Sair gəlirlər

30 000,0

 3.

2020-ci ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış  vəsaiti

37 739 146,0

 Maddə 3. Xərclər

Müəyyən edilsin ki, işsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin xərcləri  aşağıdakı istiqamətlərdə həyata keçirilir:

 

Xərclərin istiqamətləri

Məbləğ

(manatla)

 1.

İşsizliyə görə sığorta ödənişləri

13 000 000,0

 2.

Peşə hazırlığının təşkili

7 000 000,0

 3.

Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi

 2 000 000,0

 4.

Əmək yarmarkalarının, əmək birjalarının təşkili

 1 000 000,0

 5.

Haqqı ödənilən ictimai işlərin təşkili

2 000 000,0

 6.

Özünüməşğulluq tədbirlərinin təşkili

68 774 200,0

 7.

Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi

 2 000 000,0

 8.

Peşə standartlarının hazırlanması

2 000 000,0

 9.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri

 41 994 946,0

 10.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri

  15 000 000,0

 11.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin və sosial  müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi

  2 000 000,0

 12.

Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri

 1 000 000,0

 

Maddə 4. Qalıqlardan istifadə

İlin sonuna işsizlikdən sığorta fondunun(o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 5. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2020-ci il.

Qanunlar 2020-12-31 12:30:00