×
A
A
A
Sazlamalar

İsrailin sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dalia İtzikdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
İlin son həftəsinə təsadüf edən doğum gününüz münasibətilə Sizi təbrik etməkdən məmnunluq və şərəf hissi duyuram.
Yola saldığımız ildə və Prezident olduğunuz əvvəlki illərdə Siz milli və qlobal səviyyələrdə misli görünməmiş təhdidlərə qarşı mübarizə aparmısınız və həmişə olduğu kimi, ölkənizin, vətəndaşlarınızın və dostlarınızın rifahı naminə yüksək mənəvi-əxlaqi dəyərlərlə yanaşı, həmçinin müdrik və uzaqgörən liderlik nümayiş etdirmisiniz. Sizin bu fəaliyyətiniz ən yüksək qiymətə layiqdir.
Siz təxminən iki ay bundan əvvəl prezidentliyinizin 18-ci ilinə başlamısınız. Yəhudi ənənəsinə görə, 18 rəqəminin xüsusi numeroloji mənası vardır və “həyat yolu”nu təcəssüm etdirir.
Bununla əlaqədar, beynəlxalq səviyyədə təqdirəlayiq fəaliyyəti ilə seçilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü kimi Sizə cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayır, uzaqgörən, müdrik və nümunəvi liderlik fəaliyyətinizin davamlı olmasını diləyirəm.
Birinci xanım, Zati-aliləri Mehriban Əliyevaya və gözəl qızınız Leylaya ən xoş arzularımı və ehtiramımı çatdırmağınızı xahiş edirəm.
Sizə dərin hörmət, xoşbəxt və uğurlu yeni il arzularımla,

 

Dalia İtzik

İsrailin sabiq Prezidenti,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Məktublar 2020-12-30 17:18:00