×
A
A
A
Sazlamalar

Qiymətli metal filizləri və konsentratlarının istehsalı azalıb

Bakı, 29 dekabr, AZƏRTAC 

Noyabrda mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 680,9 kiloqram olub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 8,5 kiloqram az olub.
Dekabrın 1-nə olan vəziyyətə əsasən, 408,1 kiloqram hazır məhsul ehtiyatı var.

Sənaye 2020-12-29 07:26:00