×
A
A
A
Sazlamalar

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında
ƏSASNAMƏ

Azərbaycan Respublikasının
2020-ci il 26 noyabr tarixli
Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, o cümlədən keçmiş əməkdaşları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Qanunlar 2020-12-26 13:45:00