×
A
A
A
Sazlamalar

Azərbaycanın müdafiə nazirinin müavini Türkiyədə səfərdə olub

Bakı, 24 dekabr, AZƏRTAC 

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler də iştirak edib.

 

Ordu 2020-12-24 12:21:00