×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev qurucu, birləşdirici, xalqının bütün arzularını həyata keçirən liderdir

Bakı, 24 dekabr, AZƏRTAC
Prezident İlham Əliyev 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad edən və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan, görkəmli siyasi lider kimi adını əbədi olaraq tarixə yazdırdı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” ifadəsi əməldə, yəni 44 günlük Vətən müharibəsində, döyüş meydanında öz təsdiqini tapdı. Bu, Ali Baş Komandan İlham Əliyevin qələbəsi, ulu öndər Heydər Əliyevin siyasi kursunun təntənəsi idi. Bu qələbə xalqımızın, ordumuzun, milli birliyimizin, haqqın və ədalətin zəfəri idi. Bu qələbə Prezident İlham Əliyevin xalqa verdiyi bütün vədlərə sadiq olduğunu bir daha nümayiş etdirdi. Bu zəfər dövlət başçımızın səbir, təmkin və iti siyasi-diplomatik zəkası ilə həyata keçirdiyi məqsədyönlü, uzaqgörən siyasəti sayəsində reallığa çevrildi.
Prezident İlham Əliyev harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar üçün qələbə və qürur rəmzinə çevrildi. Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən liderdir. Prezident İlham Əliyev öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi dövlət başçısıdır. “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”, - deyən Prezident İlham Əliyev öz şəxsiyyətinin prezidentlik dönəmini ən orijinal şəkildə yalnız bu cümlə ifadə edə bilər.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu. Ötən dövrə nəzər saldıqda görürük ki, cənab İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra verdiyi bütün vədlərə əməl edib, Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Bu isə xalqın Prezident İlham Əliyevə inamını və etimadını daha da artırıb. Azərbaycan xalqı həm də onunla qürur duyur ki, dünya miqyasında nüfuzlu siyasətçi olan İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın təkcə inkişafını təmin etməyib. Onun ideyaları, əməli fəaliyyəti, həm də bəşəriyyətin inkişafına vacib töhfələr verib. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır.
Prezident İlham Əliyev tarixinin güclü Azərbaycanını yaratdı. Xoşbəxt o xalqdır, o dövlətdir ki, onun yüksək rifaha, mədəni intibaha çatdıran iradəli, qətiyyətli liderləri var. Müstəqillik dövrümüzün ilk xilaskarlıq missiyası ulu öndər Heydər Əliyevə məxsusdur. Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanı xaos və anarxiyadan, özbaşınalıq və qanunsuzluqlardan, bir dövlət kimi məhv olmadan xilas etdi. Tariximizin ən böyük xilaskarlıq missiyasını isə Prezidentimiz, Ulu Öndərimizin layiqli varisi İlham Əliyev yerinə yetirdi. Həm də Ümummilli Liderimizin vəsiyyətlərini icra etməklə, “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”, - deyən dahi şəxsiyyətin yarımçıq qalmış işlərini başa çatdırmaqla, Azərbaycanı müasir və qüdrətli dövlətə çevirməklə, xalqının müqəddəs arzusunu uğurla gerçəkləşdirməklə!
Prezidentimiz bizə sevinc və qürur hissləri yaşatdı, biz artıq qalib dövlətin vətəndaşlarıyıq. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradan Prezident İlham Əliyevi xalqımız çox sevir, onunla qürur duyur və hər zaman öz liderinin yanındadır. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Xalq-iqtidar birliyi Azərbaycanın gələcək inkişafına güclü zəmin yaradır. Bu birlik və həmrəylik isə ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir.

Daxili siyasət 2020-12-24 11:22:00