“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC “AZCLOUD Drive” xidmətindən yararlanacaq
Bakı, 23 dekabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə bulud xidmətləri göstərməyə başlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tərəflər arasında imzalanan müqaviləyə əsasən, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC “AZCLOUD Drive” xidmətindən yararlanacaq.
“AZCLOUD Drive” məxfilik qaydaları, beynəlxalq informasiya təhlükəsizliyi standartları və qaydaları, təhlükəsiz məlumat mübadiləsi və məlumat yerləşdirilməsinin uyğunluğunu təmin edən məlumat mübadiləsi platformasıdır. Xidmət, həmçinin veb və mobil interfeyslərdən asan istifadə, mobil və masaüstü tətbiqlərin sinxronlaşdırılması, məlumat axınının idarə olunması, çoxsaylı istifadəçilərin və qrupların yaradılması və limitsiz yaddaş ayrılması kimi funksiyaları özündə cəmləşdirir. “AZCLOUD Drive” xidmətinin ən mühüm üstünlüyü müştərinin fəaliyyət göstərdiyi sahədən asılı olmayaraq, istənilən qurumun daxili strukturları arasında məlumat mübadiləsini istər mobil, istərsə də masaüstü cihazlar vasitəsilə təhlükəsiz və sürətli şəkildə təqdim etməsidir. “AZCLOUD Drive” vasitəsilə mübadiləsi aparılan bütün məlumatlar Azərbaycan Respublikasının ərazisi daxilində qalır.
Qeyd edək ki, “AzInTelecom” MMC “AZCLOUD” brendi ilə dövlət orqanlarına və özəl sektora genişmiqyaslı və çoxşaxəli bulud xidmətləri təqdim edir. IT, maliyyə, media, qida, turizm, təhsil, neft və qaz, nəqliyyat, kommunal və digər sahələrdəki qurumlara “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Videokonfrans” və “Virtual IP Telefoniya” xidmətləri göstərilir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb