×
A
A
A
Sazlamalar

Əsas kapitala yönəldilmiş vəsaitin 152,2 milyon manatı informasiya və rabitə sahəsinə xərclənib

Bakı, 21 dekabr, AZƏRTAC
Yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 1,2 faizi informasiya və rabitə sahələrində xidmətlərin göstərilməsinə sərf olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 152,2 milyon manatı informasiya və rabitə sahəsinin, o cümlədən 143,8 milyon manatı rabitənin payına düşüb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz azdır.

İKT 2020-12-21 11:07:00