×
A
A
A
Sazlamalar

Kimya sənayesində məhsul buraxılışı artıb

Bakı, 16 dekabr, AZƏRTAC

Yanvar-noyabr aylarında kimya sənayesində məhsul buraxılışı artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 11 ayda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 983,9 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 9,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 21,7 faiz, kimya sənayesində isə 19,5 faiz artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,4 dəfə, bərk polipropilen boruların istehsalı 24,9 faiz artıb.

Sənaye 2020-12-16 18:07:00