×
A
A
A
Sazlamalar

Metanol istehsalı artıb

Bakı, 16 dekabr, AZƏRTAC

Yanvar-noyabr aylarında Azərbaycanda 90,7 min ton propilen (ondan əmtəəlik 86 min ton), 118,3 min ton polietilen, 102,1 min ton etilen, 439,9 min ton metanol (metil spirti) istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 11 ayda kimya sənayesində məhsul buraxılışı əvvəlki ilin eyni ayları ilə müqayisədə 19,5 faiz artıb. Dekabrın 1-nə 1,3 min ton propilen, 5,8 min ton polietilen və 7,3 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.
Hesabat dövründə əsas kimya məhsullarından polietilen istehsalı 19,6 faiz, metanol istehsalı 19,1 faiz, propilen istehsalı 17,6 faiz artıb.

Sənaye 2020-12-16 16:48:00