×
A
A
A
Sazlamalar

Ümummilli lider Heydər Əliyevin anım günü Azərbaycan Ordusunda qeyd olunub

Bakı, 12 dekabr, AZƏRTAC 

Dekabrın 12-də Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələr daxil olmaqla bütün hərbi birlik və birləşmə, xüsusi təyinatlı hərbi təhsil və hərbi tibb müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə bir sıra tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və abidəsi önünə gül dəstələri qoyulub.

Ordu 2020-12-12 15:05:00