“Bir millət, iki dövlət. Zəfər paradı” adlı poçt markası və Birinci gün zərfləri dövriyyəyə buraxılıb
Bakı, 11 dekabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən dekabrın 10-da Bakıda keçirilən qələbə paradı münasibətilə “Bir millət, iki dövlət. Zəfər paradı” adlı poçt markası və Birinci gün zərfləri hazırlanaraq dövriyyəyə buraxılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin süjeti Azərbaycan-Türkiyə qardaşlığına, 44 günlük müharibə dövründə Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəyə həsr olunub.
Markalar 100 min tirajla çap olunub. Həmçinin, 500 ədəd Birinci gün zərfi də hazırlanıb.
Qeyd edək ki, dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zərfləri “Birinci gün” möhürü ilə möhürləyiblər.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb