×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyi “YAŞAT” Fonduna vəsait köçürüb

Bakı, 9 dekabr, AZƏRTAC 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanına əsasən yaradılan “YAŞAT” Fonduna Müdafiə Nazirliyinin rəhbərliyi bir aylıq pul təminatının 50 faizi məbləğində vəsait köçürüb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Ordu 2020-12-09 19:36:00