×
A
A
A
Sazlamalar

“Innoweek 2020” ilə bağlı müsabiqə elan olunub

Bakı, 9 dekabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azercell Telekom” MMC-nin dəstəyi ilə jurnalistlər arasında “Innoweek – İnnovasiya həftəsi 2020”yə həsr olunmuş müsabiqə elan edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə “ İnnovasiya həftəsi 2020” haqqında ən yaxşı veriliş, ən yaxşı TV süjeti və ən yaxşı məqalə nominasiyaları üzrə keçirilir.
Müsabiqədə iştirak edən müəlliflərin hazırladıqları məqalə və videomateriallar dekabrın 25-dək yayımlanmalıdır. Materialların linkləri “[email protected]” elektron poçt ünvanına göndərilməlidir.
Materiallarla birlikdə müsabiqədə iştirak edən müəllif barədə anket məlumatları (adı, soyadı, iş yeri və vəzifəsi, əlaqə telefonu və elektron poçt ünvanı) təqdim olunmalıdır. Bir müəllif yalnız bir nominasiyada iştirak edə bilər.
Nominasiyalar üzrə qəbul olunmuş materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən ediləcək. Onların adları dekabrın 29-da açıqlanacaq. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

İKT 2020-12-09 16:40:00