×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 9-10, maddə 150) 19-cu maddəsinin üçüncü hissəsinin birinci cümləsində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə və ikinci cümləsində “əlilin” sözü “əlilliyi olan şəxsin” sözləri ilə əvəz edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 noyabr 2020-ci il.

Qanunlar 2020-12-07 15:11:00