×
A
A
A
Sazlamalar

Şəkidə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırmalar aparılır

Bakı, 3 dekabr, AZƏRRTAC

Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etdiyi müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, koronavirus infeksiyasının daşıyıcısı olan şəhər sakini Səbuhi Əlizadəyə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib. S.Əlizadə şəhər ərazisində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılıb və dərhal yaşadığı ünvana geri qaytarılıb.
Həmin şəxs barəsində Şəki Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Hadisə 2020-12-03 15:48:00