×
A
A
A
Sazlamalar

Ukraynada koronavirusa yoluxmada yeni antirekord müəyyən edilib

Kiyev, 28 noyabr, AZƏRTAC

Ukraynada koronavirusa yeni yoluxma hallarında əhəmiyyətli artım müşahidə edilib – 16.294 fakt. Bu, COVID-19 xəstəliyi üzrə yeni rekorddur. Daha çox yoluxma Dnepropetrovsk, Zaporojye, Kiyev vilayətlərində və Kiyevdə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin başçısı Maksim Stepanov bildirib.
Son sutka ərzində daha çox yoluxma Kiyevdə (1.739), Dnepropetrovskda (1.599), Odessada (1.350), Zaporojyedə (1.739) və Sumı (1.013) vilayətlərində qeydə alınıb.
Dünən COVID-19 xəstəliyindən 8.897 nəfər sağalıb, 184 nəfər isə ölüb. Dünən, həmçinin 1.639 nəfər koronavirusa yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Pandemiya başlanandan Ukraynada 709.701 yoluxma faktı təsdiqlənib. Bunlardan 335.135-i sağalanların, 12.093-ü ölüm hallarının payına düşür. Ümumilikdə 4.419.791 testləşdirilmə aparılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2020-11-28 14:59:00