×
A
A
A
Sazlamalar

Ukraynada Qolodomor qurbanlarının xatirəsi anılır

Kiyev, 28 noyabr, AZƏRTAC

Bu gün, noyabrın 28-i Ukraynada Qolodomor qurbanlarının xatirə günü qeyd edilir. Kiyev vaxtı ilə saat 16.00-da bir dəqiqəlik sükut keçirilir, daha sonra bütün Ukrayna ərazisində “Şam yandır” aksiyası başlayır.
AZƏRTAC xəbər verir ki, xatirə günü hər il noyabrın dördüncü şənbəsində keçirilir.
Qolodomor qurbanlarının xatirə günü rəsmi olaraq 1998-ci ildən qeyd edilir. Tədbir ilk on il Kiyevdə, Mixaylov meydanında keçirilirdi. 2008-ci ildən başlayaraq, “Qolodomor qurbanları memorialı” Milli Muzeyi açıldıqdan sonra tədbir orada keçirilir.
Ukrayna Milli Elmlər Akademiyasının Ptuxa adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun məlumatına görə, Qolodomor nəticəsində 3 milyon 943 min insan həlak olub. Tarixçilər bu rəqəmləri təqribən 7 milyon göstərirlər.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2020-11-28 14:30:00