×
A
A
A
Sazlamalar

COVID-19: Lüksemburqda epidemiyanın qurbanlarının sayı 300-ə çatıb

Lüksemburq, 28 noyabr, AZƏRTAC

Lüksemburqda son 24 saat ərzində COVID-19 infeksiyasından 6 ölüm faktı qeydə alınaraq, ümumi ölüm sayı 300-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Lüksemburq Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son sutkada ölkədə 535 yeni yoluxma halı qeydə alınıb. Xəstəxanalarda 224 koronavirus xəstəsindən 43-ü reanimasiya şöbələrində ağır vəziyyətdədir. Epidemiya başlayandan ölkədə koronavirusa yoluxanların ümumi sayı 34 194-də çatıb.
Xatırladaq ki, 2019-cu il siyahıya almaya görə Lüksemburqun əhalisinin sayı 613 984 olub.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq

Dünya 2020-11-28 13:57:00