Bakı Dövlət Universitetində onlayn elmi seminar: Təkamül prosesində kooperasiyanın rolu
Bakı, 28 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Təkamül prosesində kooperasiyanın rolu” mövzusunda onlayn elmi seminar keçirilib. Tələbə Elmi Cəmiyyətinin rəhbəri Çingiz Məmmədov iştirakçıları Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun rəşadəti ilə qazanılan parlaq Qələbə münasibətilə təbrik edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, elmi seminarda Biologiya fakültəsinin üçüncü kurs tələbəsi Məltəm Qasımova “Təkamül prosesində kooperasiyanın rolu” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi təkamül prosesinə dair mövcud nəzəriyyələrin təhlilini apararaq, müvafiq amillər, təkamül nöqteyi-nəzərindən zülalların müqayisəli analizinə dair elmdə olan yeni fikirlərdən danışıb.
“Microsoft Teams” platforması üzərindən baş tutan elmi seminar tələbələrin mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır