×
A
A
A
Sazlamalar

Gənclərin könüllülük imkanları ilə bağlı onlayn müzakirə aparılıb

Bakı, 28 noyabr, AZƏRTAC

“Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Gənclərin könüllülük imkanları: milli ənənələr və beynəlxalq təcrübə” layihəsi çərçivəsində birinci onlayn müzakirə təşkil olunub.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, sentyabrın 23-də keçirilən Beynəlxalq Gənclər Forumunun plenar açılışından sonra proqrama uyğun təşkil olunan “Könüllülük hərəkatı və mədəniyyətinin formalaşması: beynəlxalq təcrübə” adlanan ilk virtual tədbirə 10 ölkədən 60 gənc lider qatılıb.
“Erasmus” layihələri üzrə Türkiyədən olan əlaqələndirici Erdem Gülerin moderatorluğu ilə keçirilən onlayn tədbirdə Çexiya, Rusiya, Sloveniya, Ukrayna, Rumıniya və Azərbaycandan olan gənc liderlər mövzu ətrafında təqdimatlarla çıxış ediblər.

 

Sosial 2020-11-28 11:24:00