×
A
A
A
Sazlamalar

Sinoptiklər xəbərdarlıq edirlər...

Bakı, 27 noyabr, AZƏRTAC

Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, noyabrın 29-u axşamdan noyabrın 30-u səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır.
Noyabrın 29-u gündüzdən noyabrın 30-u gündüzədək Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı bildirilir.

Ekologiya 2020-11-27 13:34:00