×
A
A
A
Sazlamalar

Erməni deputat: N.Paşinyan istefaya getməli və Ermənistanın düşdüyü ağır vəziyyətdən çıxmasına imkan verməlidir

Tehran, 26 noyabr, AZƏRTAC

Ermənistanın baş naziri Nikol Paşinyan məğlubiyyətini etiraf etmək əvəzinə, hamını günahlandırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı, “İşıqlı Ermənistan” partiyasının sədri Qevorq Qarqisyan deyib. Parlamentdə Ermənistandakı hərbi vəziyyətin aradan qaldırılması məsələsinin müzakirəsində çıxış edən Q. Qarqisyan istehza ilə bildirib ki, N. Paşinyana görə, silahlı qüvvələr, Milli Təhlükəsizlik Xidməti, parlament və digər dövlət qurumları Ermənistanın məğlubiyyətinin günahkarlarıdır. Yalnız bir nəfər günahkar deyil, o da N.Paşinyanın özüdür. Bu, gülüncdür. Əslində isə məğlubiyyətimizdə başlıca günahkar baş nazir N. Paşinyandır.
Deputat bildirib ki, N.Paşinyan bu qədər uğursuzluqdan sonra yenə də hakimiyyətdə qalmağa çalışır. Lakin o, müdriklik nümayiş etdirərək istefaya getməli, erməni xalqının və dövlətinin düşdüyü bu ağır vəziyyətdən çıxmasına imkan verməlidir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-11-26 19:10:00