×
A
A
A
Sazlamalar

Rumıniyada koronavirusa gündəlik yoluxma halları artmaqda davam edir

Buxarest, 26 noyabr, AZƏRTAC

Rumıniyada koronavirusa yoluxanların sayı 449 min 349 nəfərə çatıb. AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 9 min 5 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 10 min 712 nəfərdir, 323 min 514 nəfər sağalıb.
Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Dünya 2020-11-26 18:28:00