Bolqarıstanda koronavirusla mübarizə davam edir
Sofiya, 26 noyabr, AZƏRTAC
Bolqarıstanda sutka ərzində 3712 yeni koronavirusa yoluxma halı baş verib. AZƏRTAC Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 133 min 60 nəfərə çatıb, 42 min 620 nəfər sağalıb, 3 min 367 nəfər ölüb. Xəstəxanalarda 6548 nəfər yerləşir. Onlardan 410 nəfər reanimasiya şöbələrində müalicə olunur. Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalinin sanitar normalara riayət etməyə çağırır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
Havanın çirklənməsi Avropada hər il 50 min nəfərin ölümünə səbəb olur
Yunanıstanın Kassos adası yaxınlığında Roma imperiyasına aid arxeoloji tapıntılar aşkar edilib
Rumıniyada koronavirusa yoluxanların sayı 700 mini keçib
Xarkovda Qocalar evində baş verən yanğın nəticəsində azı 15 nəfər həlak olub