×
A
A
A
Sazlamalar

İzmir zəlzələsində ölənlərin sayı 117-ə çatıb

İstanbul, 26 noyabr, AZƏRTAC

Türkiyənin İzmir vilayətində baş verən zəlzələdən altı saat sonra dağıntılar altından çıxarılan 28 yaşlı Mahir Tahirlər müalicə aldığı xəstəxanada həyatını itirib.
AZƏRTAC xəbər verir ki, həvəskar futbolçu olan M.Tahirlərin anası Nazmiye Doğrayan da İzmir zəlzələsinin qurbanlarından biridir.
Bununla da oktyabrın 30-da İzmirin Seferihisar rayonunda baş verən 6.6 bal gücündə zəlzələdə həlak olanların sayı 117 nəfərə çatıb.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-11-26 18:04:00