Azərbaycanda koronavirus infeksiyasına daha 3705 yoluxma faktı qeydə alınıb, 1609 nəfər sağalıb
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 3705 yoluxma faktı qeydə alınıb, 1609 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 106 min 101 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 68 min 572 nəfər müalicə olunaraq sağalıb, 1256 nəfər vəfat edib. Aktiv xəstə sayı 36273 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 665 min 832 test aparılıb. Bugünkü test sayı isə 19178-dir.
Azərbaycanda koronavirusdan 770 nəfər sağalıb, 218 yeni yoluxma faktı qeydə alınıb
MDB-də 100 min əhaliyə ən çox rast gəlinən yoluxma halları yenidən Ermənistanda qeydə alınıb
Azərbaycan və Türkiyə qardaşlığının daha bir bariz nümunəsi!