Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Paralimpiadanın 6-cı turunda şahmatçılarımız Şimali Makedoniya təmsilçiləri ilə mübarizə aparacaqlar

Bakı, 26 noyabr, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə onlayn Paralimpiadanın 6-cı turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 6-cı turda Azərbaycan komandası Şimali Makedoniya yığması ilə mübarizə aparacaq. Qeyd edək ki, ötən turlarda şahmatçılarımız Monqolustan və Kosta-Rika təmsilçiləri üzərində qələbə qazanıb, Qazaxıstan yığması ilə heç-heçə edib, Hindistan və Çili yığmalarına məğlub olub.
Yeddi turdan ibarət yarış İsveçrə sistemi üzrə keçirilir.

İdman 2020-11-26 17:27:00