Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İsmayıllıda yaşayış yerini tərk edən koronavirus infeksiyasına yoluxmuş şəxs barədə cinayət işi başlanılıb

Bakı, 26 noyabr, AZƏRTAC

İsmayıllı rayonunda koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon sakini Mayıl Qüddəsərovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin olunub. O, həmçinin karantin qaydalarını pozarsa məsuliyyətə cəlb ediləcəyi barədə məlumatlandırılıb. M.Qüddəsərov infeksiya daşıyıcısı olduğunu bilməsinə baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və şəhər ərazisində hərəkət etməklə digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları M.Qüddəsərovun yeri müəyyənləşdirərək əraziyə dərhal həkim briqadası dəvət ediblər və həmin şəxs evinə geri qaytarılıb.
İsmayıllı Rayon Polis Şöbəsində M.Qüddəsərov barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə 2020-11-26 17:14:00