Auditorlar Palatasının 2021-ci il üzrə iş planının layihəsi müzakirə edilib
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şura üzvlərinin və komitə sədrlərinin iştirak etdiyi videokonfransda Auditorlar Palatasının 2021-ci il üzrə iş planının layihəsi, palatanın fəaliyyətə başlamasının 25 illiyi ilə əlaqədar hazırlıq tədbirlərinin həyata keçirilməsi, auditorun şəxsi kabineti sisteminin tətbiq edilməsinə dair hesabat, auditə dair kitabların, dərs vəsaitlərinin, məlumat və təbliğat-təşviqat xarakterli kitabça, broşür, prospektlərin və digər materialların hazırlanmasının və nəşr etdirilməsinin təşkili, auditor fəaliyyəti ilə əlaqədar təlimatlar, tövsiyələr, metodik göstəriş və şərhlərin hazırlanmasına dair hazırlanmış hesabatla bağlı məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi həyata keçirilib
Növbəti “Online B2G Forum” təşkil edilib
Ekspert: “Dostluq” yatağı Azərbaycanın neft sənayesində əldə etdiyi əsas tarixi nailiyyətlərdəndir
® “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
2020-ci ildə Azərbaycanda 24,4 milyard dollarlıq ticarət əməliyyatları aparılıb