×
A
A
A
Sazlamalar

Milli Hidrometeorologiya Xidməti: Bəzi yerlərdə yağıntının intensiv olacağı proqnozlaşdırılır

Bakı, 26 noyabr, AZƏRTAC 

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 27-də gecə və səhər Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın bəzi şərq rayonlarında noyabrın 27-si gecə və səhər arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 metr/saniyəyədək güclənəcək.

Ekologiya 2020-11-26 15:29:00