Masallı sakininə məxsus avtomobili qaçıran şəxs saxlanılıb, nəqliyyat vasitəsi isə onun yaşadığı evin həyətində tapılıb
Bakı, 26 noyabr, AZƏRTAC
Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini S.Ağayev noyabrın 25-də Gərmətük qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən qəsəbə sakini M.Fərzullayev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb. Oğurlanan avtomobil isə onun yaşadığı evin həyətində tapılıb.
Faktla bağlı araşdırmalar davam edir.
Sumqayıtda dəniz kənarında tapılan meyitin şəxsiyyəti müəyyənləşib
Əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində uğurlu əməliyyatlar keçirilib
Nəsimi rayonunda motosiklet oğurlayan şəxs məsuliyyətə cəlb olunub