“Qarabağ – mədəniyyətimizin beşiyi”: Pənahəli xanın imarəti
Bakı, 26 noyabr, AZƏRTAC
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti material Pənahəli xanın imarətinə həsr olunub.
“Pənahəli xanın imarəti” adı ilə tanınan abidə Ağdam şəhəri yaxınlığında olub, dağınıq şəkildə dövrümüzə qədər gəlib çatmış XVIII əsrə aid tarix-memarlıq abidəsidir.
Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsinə yekun vurulub
Mədəniyyət Nazirliyi “Müqəddəs Məryəm Ana Katolik Kilsəsi” haqqında videoçarx hazırlayıb VİDEO
Şəhid ailələrinə və qazilərə qayğı göstərilir
Azərbaycan abayşünasları TÜRKSOY-un “Abay 175 il” medalı ilə təltif ediliblər