“Niyyəti gözəl, bu günü gözəl, sabahı parlaq Azərbaycanım” adlı virtual esse müsabiqəsinin nəticələri məlum olub
Bakı, 26 noyabr, AZƏRTAC
Respublika Uşaq Kitabxanasının təşkil etdiyi “Niyyəti gözəl, bu günü gözəl, sabahı parlaq Azərbaycanım” adlı virtual esse müsabiqəsinin nəticələri məlum olub.
AZƏRTAC xəbər verir ki, esselər iştiraka görə və həvəsləndirici yerlərlə yanaşı, I ,II ,III yer olaraq qiymətləndirilib.
Birinci yerə Göyçay şəhər Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Yusifli Xanım, ikinci yerə Bakı şəhər Nizami rayon Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbin VI sinif şagirdi Əlizadə Yusif, üçüncü yerə Şuşa şəhər 1 nömrəli tam orta məktəbin VI sinif şagirdi Nərmin Hüseynova layiq görülüb.
Respublika Uşaq Kitabxanası tərəfindən qaliblərə və iştirakçı uşaqlara diplomlarla yanaşı, kitablar da hədiyyə edilib.
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsinə yekun vurulub
Mədəniyyət Nazirliyi “Müqəddəs Məryəm Ana Katolik Kilsəsi” haqqında videoçarx hazırlayıb VİDEO
Şəhid ailələrinə və qazilərə qayğı göstərilir
Azərbaycan abayşünasları TÜRKSOY-un “Abay 175 il” medalı ilə təltif ediliblər