Mağazadan pul və bank kartı oğurlayan şəxs yaxalanıb
Bakı, 26 noyabr, AZƏRTAC
Ağdaş şəhərində oğurluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 23-də şəhər ərazisindəki mağazaların birindən 550 manat məbləğində pul və bank kartı oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini R.Hacıyev Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə əlaqədar araşdırmalar davam edir.
Sumqayıtda dəniz kənarında tapılan meyitin şəxsiyyəti müəyyənləşib
Əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində uğurlu əməliyyatlar keçirilib
Nəsimi rayonunda motosiklet oğurlayan şəxs məsuliyyətə cəlb olunub