×
A
A
A
Sazlamalar

“Azəriqaz”: 223,6 minədək abonent güzəştli limit həddini keçib

Bakı, 26 noyabr, AZƏRTAC

Cari ilin 10 ayının iqtisadi göstəricilərinə görə, noyabr ayının 1-nə olan məlumata əsasən, “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olan 2 milyon 310 min 414 əhali abonentinin cəmi 9,68 faizi illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, bu da say etibarı ilə 223 min 599 abonent deməkdir. Yerdə qalan 2 milyon 86 min 815 abonent (ümumi əhali abonentlərinin 90,32 faiz) qazdan güzəştli limit daxilində istifadə edib.
Bundan əlavə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,7 faiz olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub.
Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8 faiz müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.

 

Neft - qaz 2020-11-26 12:57:00