Neftçalada cari ilin on ayı ərzində süni mayalanma yolu ilə 2 min 339 baş buzov alınıb
Neftçala, 26 noyabr, Mahir Babayev, AZƏRTAC
Neftçalada aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində heyvandarlıq məhsulları istehsalına və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir, ötən il və bu ilin yanvar ayı ərzində bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 4 min 588 baş inək və düyədən 2 min 339 baş buzov alınıb. Hər 100 baş inəyə 50 baş bala düşür. Doğulan buzovlara görə maldarlara ümumilikdə 233 min 900 manat subsidiya ödənilib.
Qeyd edək ki, hazırda Neftçalanın heyvandarlıq təsərrüfatlarında 42 min 800 başdan çox iribuynuzlu mal-qara saxlanılır ki, bunların da əksəriyyəti süni mayalanma yol ilə cins tərkibi yaxşılaşdırılmış məhsuldar heyvanlardır.
Ötən il Astaranın meyvə bağlarından 47 min tondan çox məhsul yığılıb
Üzüm bağlarında quru budamaya 300 nəfərdən çox işçi qüvvəsi cəlb olunub
Balakəndə süd istehsalı 531 tondan çox artıb