×
A
A
A
Sazlamalar

Rumıniyada koronavirusa bir gündə yoluxanların sayı 9 mini keçib

Buxarest, 26 noyabr, AZƏRTAC

Rumıniyada koronavirusa yoluxanların sayı 440 min 344 nəfərə çatıb.
AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 9 min 739 yeni yoluxma faktı qeydə alınıb. Koronavirusdan ölənlərin sayı 10 min 541-ə çatıb. 313 min 885 nəfər sağalıb.
Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Dünya 2020-11-26 01:12:00