Türkiyə Cənubi Qafqazda sülh və sabitlik naminə səylərini davam etdirəcək
Ankara, 25 noyabr, AZƏRTAC
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
AZƏRTAC Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadla xəbər verir ki, iclasda gündəlikdə duran mühüm məsələlər müzakirə edilib.
İclasın yekunu ilə bağlı yayılan açıqlamada bildirilir ki, Azərbaycanın vətən torpaqlarını geri almasından məmnuniyyət ifadə edilib. Baş verən proseslər nəticəsində ortaya çıxan geopolitik durumun bütün parametrləri təhlil olunub. Bu çərçivədə imzalanan məlum atəşkəs anlaşmasının həyata keçirilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün qorunması və Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təsis edilməsinə Türkiyənin göstərəcəyi səylərin önəmli olduğu vurğulanıb.
Açıqlamada diqqətə çatdırılır ki, Türkiyə bundan sonra da terrorçuluqla mübarizədə qətiyyət göstərəcək, milli təhlükəsizliyinə təhdid yaradan bütün təsirləri dəf etmək üçün imkanlarından istifadə edəcəkdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb
DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb