×
A
A
A
Sazlamalar

İgid döyüşçü: Yaralı olsam da döyüşmək, yoldaşlarıma dəstək vermək istəyirdim

Naxçıvan, 25 noyabr, AZƏRTAC

Azərbaycanın bütün bölgələri ilə yanaşı, Naxçıvandan olan igid döyüşçülərimiz də işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsində yaxından iştirak ediblər. Həmin döyüşçülərdən biri də muxtar respublikanın Kəngərli rayonunun Xok kəndindən olan Firudin Rzaquliyevdir.
AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları ilə söhbətində Firudin Rzaquliyev bildirib ki, o, Füzuli istiqamətində gedən döyüşlərdə, rayonun kəndlərinin azad olunmasında yaxından iştirak edib. Daha sonra onların dəstəsi bölünərək müxtəlif istiqamətlərdə Şuşa şəhərinə doğru hərəkət edib. Bu istiqamətdə gedən döyüşlərdə yaralandığını deyən Firudin Rzaquliyev qeyd edib ki, o, döyüş bölgəsindən yoldaşlarının köməyi ilə uzaqlaşdırılıb. Aldığı yaradan gözünün birinin zəiflədiyini söyləyən Firudin təəssüf hissi ilə qeyd edir ki, döyüş bölgəsinə qayıdıb yoldaşlarına kömək edə bilməyib. Firudin Rzaquliyev sağlamlığında yaranan problemlərə baxmayaraq, bundan sonra da hər zaman Vətənin keşiyində dayanmağa hazır olduğunu vurğulayıb.

Regionlar 2020-11-25 17:51:00