×
A
A
A
Sazlamalar

Biləsuvarda heyvandarlıq məhsulları istehsalında artım müşahidə olunur

Biləsuvar, 25 noyabr, Mahir Babayev, AZƏRTAC

Əsasən kənd təsərrüfatı rayonu olan Biləsuvarda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən rayonda heyvanların baş sayı ilbəil çoxalır ki, bu da məhsul artımına müsbət təsir göstərir.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 40 min 369 baş iribuynuzlu mal-qara, 135 min 878 baş qoyun-keçi saxlanılır. Naxırda ana inək və camışların sayı 19 min 400 baş təşkil edir.
Carı ilin on ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 6 min 107 ton ət (diri çəkidə), 22 min 798 ton süd, 300 ton yun və 15 milyon 180 min ədəd yumurta istehsal olunub ki, bu da ötən il istehsal olunan ətdən 717 ton, süddən 32 ton, yumurtadan isə 700 min ədəd çoxdur.

Kənd təsərrüfatı 2020-11-25 12:48:00