Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması Türkiyə mediasının baş xəbəridir
Ankara, 25 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələrinin noyabrın 25-də Kəlbəcər rayonuna daxil olması barədə məlumat Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən dünyada baş verən ən mühüm hadisə kimi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, televiziya kanalları və xəbər agentlikləri, o cümlədən qəzetlərin elektron versiyaları Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi hərbi zəfərinin növbəti qələbəsi ilə bağlı anındaca məlumat yaymağa başlayıblar.
Ermənilərin bölgəni tərk etmək üçün verilən vaxtdan əlavə möhlət istəyərək güzəşt edilən on gün ərzində Kəlbəcərdə yaşayış binalarına, tarixi yerlərə və təbiətə qarşı törədilən amansız rəftar barədə süjetlər yayan telekanallar baş verənləri vandalizm aktı kimi dəyərləndirir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib
Azərbaycan və Türkmənistan XİN başçılarının görüşü keçirilib
Türkmənistan Prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib