×
A
A
A
Sazlamalar

Neft qiymətləri maydan bəri ən yaxşı ayına hazırlaşır

Bakı, 24 noyabr, AZƏRTAC

Birjalarda neft qiymətlərində avqust ayından bəri ən yüksək səviyyədə gündəlik artım qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Nyu-York birjasında fyuçerslər 1 faiz artaraq bir barrel üzrə 43 dolları ötüb.
COVID-19-a qarşı peyvəndlə bağlı müsbət inkişafların yaratdığı əlverişli şərtlərdə neft qiymətləri may ayından bəri ən yaxşı ayına hazırlaşır. İnvestorlar isə daha çox karantin tədbirinin alındığı virusun ikinci dalğasına məhəl qoymurlar.
Hazırda “Brent” markalı xam neftin bir barreli Londonun ICE birjasında 46,69 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 43,69 dollara alıcı axtarır.

 

Neft - qaz 2020-11-24 18:09:00