×
A
A
A
Sazlamalar

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1655-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, №2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724, № 10, maddə 1775; 2018, № 12 (I kitab), maddələr 2471, 2531; 2019, № 1, maddələr 16, 21, № 2, maddə 176, № 6, maddə 999, № 7, maddə 1203; 2020, № 6, maddə 675, № 8, maddə 1017) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.4.1-ci maddəyə “formalaşdırılması” sözündən sonra “(bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
1.2. 8-1-ci maddənin mətni 8-1.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 8-1.2-ci maddə əlavə edilsin:
“8-1.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir.”.

Maddə 2. “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152; 2019, № 5, maddə 799, № 6, maddə 986, № 11, maddə 1685; 2020, № 5, maddələr 508, 514, № 7, maddələr 831, 851) 16.2-ci maddəsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2020-ci il.

Qanunlar 2020-11-24 18:28:00