Erməni vəhşiliyinin qurbanı olan şəhid zabitimiz son mənzilə yola salınıb
Göyçay, 24 noyabr, AZƏRTAC
Erməni vəhşiliyinin növbəti qurbanı olan qəhrəman zabitimiz - Suqovuşan qəsəbəsində minaya düşərək şəhidlik zirvəsinə ucalan korpus komandirinin müavini polkovnik Babək Səmidli noyabrın 24-də Göyçay şəhərində son mənzilə yola salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəhidlər xiyabanında izdihamlı keçən dəfn mərasimində şəhid polkovnikin yaxınları, rayon rəhbərləri, hərbçilər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə Müdafiyə Nazirliyinin nümayəndələri, şəhidin döyüş yoldaşları Babək Səmidlinin Vətən qarşısındakı xidmətlərindən, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda şücaətindən, zabit bacarığından, döyüş yolundan danışıblar. Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusu üzərində tarixi zəfərindən, bu qələbədə Babək kimi igid zabit və əsgərlərin qəhrəmanlığından bəhs olunub.
Sonda korpus komandiri, general-mayor Hikmət Həsənov şəhidin cənazəsinin üzərinə örtülən üçrəngli bayrağımızı əbədi saxlaması üçün onun oğluna təqdim edib.
Cəlilabad və Yardımlıda COVID-19-a qarşı vaksinasiyaya başlanılıb
Məktəblilər üçün “Akademik İsmayıl Hacıyev-70” mövzusunda onlayn açıq dərs keçirilib
Şəmkirdə COVID-19 pandemiyasına qarşı vaksinasiyaya start verilib VİDEO
Xırdalanda ağır yol qəzası baş verib
Professor Nazim Əhmədovun monoqrafiyalarının təqdimatı keçirilib