Bakı Dövlət Universitetinin işçi heyətinə smart təhsil kartı təqdim edilib
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetinin (BDU) işçi heyətinə “Kapital Bank”ın smart təhsil kartları təqdim edilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, layihə Təhsil Nazirliyinin, Mərkəzi Bankın və Bakı Dövlət Universitetinin təşəbbüsü, “Kapital Bank” və “Mastercard”ın dəstəyi ilə həyata keçirilib. Smart təhsil kartı vasitəsilə ali və orta ixtisas təhsil müəssisələrinin işçi heyəti məvaciblərini alacaq, eyni zamanda, ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirəcəklər. Həmçinin smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə etmək mümkün olacaq. Gələcəkdə bu kartların əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, müəllimlər üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsi də nəzərdə tutulub.
Qeyd edək ki, indiyədək “Kapital Bank” tərəfindən smart təhsil kartları Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinə təqdim olunub. Gələcəkdə digər ali və orta ixtisas təhsil müəssisələrinin təhsil alanlarına və işçi heyətinə də analoji kartların verilməsi planlaşdırılır.
Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir
ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib