×
A
A
A
Sazlamalar

Kimya fənni üzrə işçi qrupunun növbəti iclası situasiya tapşırıqlarına həsr edilib

Bakı, 24 noyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə işçi qrupunun növbəti iclası keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iclasın gündəlik məsələsi kimya fənni üzrə üç tapşırıqlı situasiyaların tərtibinə dair tələblər olub. İclasda situasiya tapşırıqlarının tərtibi qaydaları və məzmunu, bu tapşırıqlar vasitəsilə abituriyentlərin bilik və bacarıqların yoxlanılmasının mümkünlüyü müzakirə edilib. İclas iştirakçıları nümunə kimi təqdim olunmuş bir neçə situasiya tapşırığına irad və təkliflərini bildiriblər.
Dekabrın 1-də keçiriləcək növbəti iclasda müzakirələr davam etdiriləcək.

 

Elm və təhsil 2020-11-24 16:36:00