Axtarışda olan şəxslərin kirayə yaşadıqları evə baxış zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb
Bakı, 24 noyabr, AZƏRTAC
Polis əməkdaşları narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan F.Tomarov və S.Əliyev paytaxtın Xətai rayonu ərazisindəki kirayə yaşadıqları evdə saxlanılıblar.
Evə baxış zamanı oradan 3 kiloqram heroin, 1 kiloqram metamfetamin, 200 qram həşiş, 50 qram tiryək, 1500 ədəd metadon həbi və elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda dəniz kənarında tapılan meyitin şəxsiyyəti müəyyənləşib
Əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində uğurlu əməliyyatlar keçirilib
Nəsimi rayonunda motosiklet oğurlayan şəxs məsuliyyətə cəlb olunub